F-1.az xəbər verir ki, İtaliya Qran Prisinə bir həftə qalmış o, 18 yaşını tamamlayacaq və keçən ilin Avropa Formula Regional çempionu artıq FİA-nın superlisenziyasını almaq üçün kifayət qədər xala malikdir. Bu mövsüm Kimi F3 mərhələsini buraxaraq F2-də çıxış edir və hələlik fərdi hesabda 7-ci yeri tutur, lakin artıq iki qələbəsi var.
Mercedes Antonelli üçün çox intensiv test proqramı təşkil edib: o, əvvəlki illərin maşınlarını İmolada, Red Bull Rinqdə və Spada idarə edib, həmçinin yarış həftəsonları zamanı komanda ilə aktiv işləyib, hərçənd hələ rəsmi yarış həftəsonları çərçivəsində məşqlərdə iştirak təcrübəsi yoxdur.
Autosprint-in məlumat verdiyinin həqiqətə uyğun olub-olmadığını tezliklə öyrənəcəyik. Bunun təsdiqlənməməsi istisna deyil, lakin hər halda hər şey onu göstərir ki, Mercedes indi məhz Kimiyə güvənir, onun Formula1 səviyyəli yarışlarda çıxış təcrübəsinin olmaması ilə bağlı bütün risklərə baxmayaraq. Bununla belə, Maks Ferstappen 17 yaşında dünya çempionatında debüt edəndə onun da belə təcrübəsi yox idi.