Mercedes hibrid mühərriklər üzərində işləməyə 2007-ci ildən başlayıbmış?

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, Mercedes motorçuları indiki V6 mühərriklər üzərində 2007-ci ildən işləməyə başlayıblarmış.

F-1.az xatırladır ki, Formula1-də 2014-cü ildə V8 atmosfer mühərriklərdən V6 turbo hibrid mühərriklərə keçiblər. Mercedes komandası bu dəyişiklikdən sonra idmanda hegemonluq etməyə başlamış və 59 yarışdan 51-i qazanıb. “Gümüşü oxlar” 3 mövsümdə həm mühəndislər, həm də sürücülər çempionatının qalibi olublar.

Ferrari-nin 2014-cü ildəki uğursuz çıxışından sonra prezident postunu tərk etmiş Montedzemolo bildirib ki, Mercedes turbo mühərriklər üzərində 2007-ci ildən işləməyə başlayıbmış: “Keçən dəfə Lauda ilə söhbət etdik. Mənə etiraf etdi ki, Mercedes hibrid mühərriklər üzərində 2007-ci ildən işləməyə başlayıb”.

Ross Braun Formula1-in idman direktoru olduqdan sonra gələcəkdə yenidən V8 və ya V10 mühərriklərə keçid gözlənilir. Amma Mercedes Motorsport-un rəhbəri Toto Volff V6 mühərriklərin qalmasını istəyir: “Məncə, hibrid mühərrikləri dəyişdirməkdənsə, onların performansını necə artıracağımıza baxmalıyıq. Formula1 dünyadakı ən sürətli laboratoriyadır və bundan imtina etməməliyik”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*