F-1.az xatırladır ki, Lyuisin komanda ilə müqaviləsi bu ilin sonunda başa çatacaq. Toto danışıqlar aparmaq üçün kifayət qədər vaxtlarının olduğunu hesab edir.
Toto Volff: “Müqavilə ilə bağlı ilk söhbətimizi artıq reallaşdırmışıq, lakin mən heç bir zaman çərçivəsi tətbiq etmək istəmirəm. Çünki vaxt çərçivəsi nə onun üçün, nə də bizim üçün prinsipial əhəmiyyət kəsb etmir. Qarşıda bizi tam bir il gözləyir və bunun üçün düzgün vaxtı tapacağıq. Lyuisin 38 yaşı var, lakin növbəti müqavilədə yaş faktoru rol oynamayacaq. Siz indi dünyada bəzi idmançıların yaş hədlərini necə aşdıqlarına baxın.
Biz həmişə Lyuisin komanda və idman üçün əhəmiyyətini əks etdirən həllər tapmışıq. Düşünürəm ki, Mercedes onun olmaq istədiyi komandadır. Bu məsələlər heç vaxt mübahisəli olmayıb. Biz heç nəyi gecikdirmirik, işi davam etdirmək üçün əla səbəblərimiz var. Faktiki danışıqlar bizim prioritetimiz deyil, çünki birlikdə davam etmək istədiyimizi artıq bilirik”.