Mercedes GP yeni qazburaxma sistemi hazırlayır

Komandaların çoxu motordan çıxan işlənmiş qazaları diffuzorun işinə yönəltməklə eksperimentlər edirlər, bununla maşının arxa hissəsində asfalta yatma qüvvəsini artırmağa çalışrılar. […]

Komandaların çoxu motordan çıxan işlənmiş qazaları diffuzorun işinə yönəltməklə eksperimentlər edirlər, bununla maşının arxa hissəsində asfalta yatma qüvvəsini artırmağa çalışrılar. Mövsümün əvvəlində məlum oldu ki, bu sahədə ən maraqlı yeniliyi Lotus Renault GP komandasının mühəndisləri hazırlayıblar, amma Formula1-də orijinal yeniliklər rəqiblər tərəfindən tezliklə nüsxələnir.

Şayiələrə görə, Mercedes GP komandası İspaniya Qran Prisinə anoloji qazburaxma sistemi hazırlayacaq – yeni sistem cümə sərbəst yürüşlərində debüt etməlidir, əgər yenilik kifayət qədər effektiv olarsa və etibarlılıqla heç bir problemlər yaşanmazsa, onda sıralanma turu və yarışda da sürücülər yeni sistemdən istifadə edəcəklər.

Auto Motor und Sport dərgisinə müsahibəsində Mercedes GP komandasının başçısı Ross Braun bildirib ki, Barselonaya komanda “bir neçə qerodinamik yeniliklər hazırlayır və maşının sürətinin artmasına ümid edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*