Bu gün səhər Valensiyada testlərin başlanmasına yarım saat qalmış Mercedes GP komandası 2010-cu il üçün hazırladığı W01 maşınını nümayiş etdirib. Keçən həftə Ştutqartda komandanın keçirdiyi rəsmi təqdimat mərasimində yalnız maşının yeni rəng çaları nümayiş etdirilmişdi, W01 ictimaiyyətə bu gün göstərilib, qısa fotosessiyadan sonra maşın trasa çıxıb…
Maşının burun elementi keçənilki Red Bull RB5 maşınını xatırladır – elə təəssürat yaranır ki, Ədrian Nyuinin keçənilki maşını bütün konstruktorlar üçün nümunəyə çevrilib. Motorun üzərindəki hava kanalının üzərində kiçik üzgəc quraşdırılıb.
Bu gün maşının sükanı arxasında komandanın hər iki sürücüsü işləyəcək – Niko Rosberq maşını ilk dəfə trasa çıxaracaq, nahardan sonra isə onu Mixael Şumaher əvəz edəcək…