Mercedes GP komandası W01-in təkər bazasını artıracaq

Biz artıq yazmışdıq ki, Mercedes GP komandası İspaniya Qran Prisinə maşının ciddi yenilənmiş versiyasını hazırlayır və ümid edir ki, yeni […]

Biz artıq yazmışdıq ki, Mercedes GP komandası İspaniya Qran Prisinə maşının ciddi yenilənmiş versiyasını hazırlayır və ümid edir ki, yeni şassi mövsümün Avropa yarışlarında uğur qazanacaq. Gözlənildiyi kimi maşının çəkipaylanması ilə problemlərini həll etmək üçün komanda W01-in təkər bazasını artıtmalı olub…

Ross Braun: “Problem təkər bazası ilə bağlı deyil, maşının çəkipaylanması düzgün deyildi – yeni təkərləri yoxlayarkən biz başa düşdük ki, hesablamalarda səhvə yol vermişik, maşının ağırlıq mərkəsi düzgün hesablanmayıb, ona görə də maşının sazlanmasında tezliklə imkan məhdudiyyətinə çatdıq.

Təkər keçən illə müqayisədə ciddi dəyişməyib, sadəcə olaraq biz onu test etməmişdik, xüsusən də ensiz qabaq təkərlə üçün maşından nə tələb olunduğunu tam təsəvvür edə bilmirdik. Barselonada biz MGP W01-in yeni versiyasını təqdim edəcəyik – yeni şassi bizə çəkipaylanmasının sazlanmasında daha geniş diapazon verəcək.

Çox güman ki, Barselonada və ya İstanbulda aerodinamik hava kanalı da peyda olacaq. McLaren-in hazırladığı sistemi sürücü idarə edir, bunu nüsxələmək olduqca çətindir – Çində biz sadə, passiv versiyanı yoxladıq və indi aerodinamika şöbəsinin əməkdaşları onun effektliyinin artırılması üzərində işləyirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*