Mercedes GP komandası səhmlərinin hamısını satıb

Bu gün Daimler AG konserninin mətbuat xidməti xəbər verib ki, konsern Abu Dabidən olan Aabar İnvestment sərmayə fondu ilə birlikdə […]

Bu gün Daimler AG konserninin mətbuat xidməti xəbər verib ki, konsern Abu Dabidən olan Aabar İnvestment sərmayə fondu ilə birlikdə əvvəllər Brawn GP adlanan komandanın səhmlərinin alınması prosesini başa vurublar. Bu yaxınlara kimi Ross Braun və onun bir neçə silahdaşı 2009-cu ilin sonunda Mercedes-Benz konserninə satdıqları komandanın səhmlərinin 24.9%-nə sahib idilər.

Amma indi Daimler AG öz payını 45.1%-dən 60%-ə, Aabar isə 30%-dən 40%-ə çatdırıb.

Diter Tsetşe, Daimler AG-nin icraçı direktoru və Mercedes-Benz Cars-ın başçısı: “Səhmlərin hamısının alınması bir daha bizim bu idmanda uzun müddət qalmaq niyyətində olmağımızı sübut edir. Biz bu idmanda yeni tarix yazmağa gəlmişik.”

Ross Braun, Mercedes GP komandasının başçısı:DaimlerAabar-ın komandanın səhmlərinin yerdə qalan 24.9%-ni alması onun güclənməsinə doğru atılmış daha bir vacib addımdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*