F-1.az bildirir ki, britaniyalı sürücü testlərin dördüncü günündə 89 dövrə vurub və 1:17.562 zaman nəticəsi ilə yeddinci yeri tutub. Altıqat Dünya Çempionu ən yaxşı nəticəsini ikinci tərkiblə göstərib və yarış tempində işləyib.
Lyuis Həmilton: “Barselonadakı testin ikinci həftəsinə yaxşı başladıq. İşləməyə davam edirik. Qət etdiyimiz məsafəni artırmağa çalışırıq. Beləliklə, bolidi daha yaxşı anlayacağıq. Bundan başqa təkərləri və aerodinamik paketi dəyərləndiririk. Buna görə də standart bir gün idi. Külək var idi. Buna görə də trasdakı ilişmə pisləşdi. Bolid sürüşürdü. Özümü birinci həftədəki kimi yaxşı hiss etmədim. Ancaq trasdakı şərait yaxşılaşdıqca, bolidi sürmək rahatlaşacaq”.