Mercedes Formula1-dən gedir?

Formula1 şərhçisi Eddi Cordan hesab edir ki, Mercedes komandası 2017-ci və 2018-ci illərdə də çempion olub idmandan gedəcək.

F-1.az xatırladır ki, almanlar 2014-2016-cı ildə 51 qələbə qazansalar da, bu il 6 yarışın yarısında Ferrari komandasının gerisində qalıblar. “Gümüşü oxlar” hazırda həm Mühəndislər, həm də Sürücülər Çempionatında italyanlardan geridədirlər.

Eddi Cordan: “Fettel Mercedes-ə getməyəcək. Ferrari-də istədiyi hər şeyə sahibdir. Onsuz da Mercedes 2018-ci ilin sonunda Formula1-dən gedəcək. Məncə, bu il və gələn il çempion olacaqlar və sonra komandanı sataraq, idmanda mühərrik istehsalçısı kimi qalacaqlar. Şəxsən mən belə edərdim. Mercedes qazana biləcəyi bütün titulları qazanıb və işlər bundan sonra pisə doğru gedə bilər. Bundan sonra Formula1 üçün yüksək texnologiyalı mühərriklər hazırlamağa davam edəcəklər və bu, onlar üçün daha yaxşı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*