Mercedes Ferstappenə başağrısı ola bilər

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer düşünür ki, Mercedes komandasının sürücüləri Maks Ferstappenə başağrısı ola bilər.

F-1.az xatırladır ki, Mercedes komandası Monakoda gətirdiyi yeniliklərin effektini Barselonada görüb. “Gümüşü oxlar” Kataloniyada Ferstappendən sonra 2-ci və 3-cü yeri tutublar və bu il ilk dəfə ikili podium əldə ediblər. Lakin onlar niderlandlı sürücüdən 24 saniyə geridə qalıblar.

Ralf Şumaxer: “Mercedes mövsüm irəlilədikcə Ferstappenin işini çətinləşdirə bilər. Bunun üçün şansları var. Yeni maşınları hazırda çox gəncdir, ancaq potensialları var. Əsl sual budur ki, Mercedes daha nə qədər pul xərcləyəcək və nə qədər inkişaf edəcək? Məncə, Red Bull-dan çox potensialları var. Tezliklə zirvə uğrunda həyəcanlı yarışlar təkrarlana bilər.

Mercedes hazırda Aston Martin və Fernando Alonsonu geridə qoyub. Aston Martin hələ təcrübəli deyil və lazımi bazaları yoxdur. Barselonada bunu gördünüz. Maşın yaxşı olsa da, yetərli deyildi. Hələ bəzi zəif tərəfləri var və bunları Barselonada gördük”.

Xatırladaq ki, Aston Martin Barselonada 6 və 7-ci yerləri tutuaraq, builki ən zəif nəticələrini əldə ediblər. Barseloandan sonra Mercedes turnir cədvəlində Aston MArtin-i qabaqlayaraq, ikinci yerə yüksəlib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*