F-1.az xatırladır ki, daha əvvəl Ferrari-nin prezidenti Markionne bildirmişdi ki, 2021-ci ildə qüvvəyə minəcək mühərrik reqlamenti istədikləri kimi olmasa, idmandan gedəcəklər.
Diter Tsetşe: “Yaxşı və pis polisimiz var. Trasda bir-birimizlə dəli kimi yarışırıq və burada üstünlük qazanmağa çalışırıq. Amma Formula1 ilə bağlı strategiyamız bir-birinə tam uyğundur. Yaxşı münasibətimiz var. Formula1-də qalarıq, amma o şərtlə ki, bunun bir mənası olsun.
Keçən il düşünürdüm ki, çempionluğun taleyini bir xal həll edəcək. Amma yay tətilindən sonra bu sözlərimə əmin ola bilmədim. Düzünü desəm, burada daha uğurlu platforma olmasını istəyərik. Bir komandanın hegemonluğu idman üçün yaxşı deyil”.