F-1.az xəbər verir ki, komanda yeni qərar qəbul edib – onlar gələn il DTM-dən ayrılacaqlar, 2019-cu ildə isə Formula E-də debüt edəcəklər.
Toto Volff: “Digər sahələrdə olduğu kimi, avtoidmanın hər növündə də uğurlar əldə etmək istəyirik. Eyni vaxtda Formula1 və Formula E-də çıxış edərək bizə lazım olan balansı yaradacağıq. Formula E – yarışlarda yeni istiqamətdir, müasir və perspektivli texnologiyaların birləşməsidir. Yol maşınlarında elektriklə işləyən maşınlara keçid tədricən davam edir. Formula E də istehsalçılara yeni auditoriyaya öz texnologiyalarını təqdim etməyə imkan verir”.