Mercedes-dən rekord üzvlük haqqı

Formula1-də qazanılan uğur pulsuz ötüşmür - komandaların növbəti mövsümdə iştirak etmələri üçün lazım olan üzvlük haqqı sonuncu mövsümdə qazandığı xalların miqdarından asılıdır.

F-1.az xatırladır ki, 2013-cü ildə reqlamentdə edilmiş dəyişikliklərə əsasən, hər bir komanda FİA-ya 516 128 dollar ödəməlidir, bu məbləğin üzərinə hər xala görə 5 161 dollar da əlavə olunur. Amma çempion komandanın qazandığı xallar daha baha – 6 194 dollar dəyərləndirilir.

Ona görə də qarşıdakı mövsümdə iştirak etmək üçün Mercedes AMG komandası rekord məbləğ ödəməli olacaq – Mühəndislər Kubokunda qazanılmış 765 xal komandaya 5 254 538 dollara başa gələcək.

Son mövsüm 21 mərhələdən ibarət olduğu üçün FİA-nın yalnız Formula1 komandalarının üzvlük haqqından gəliri 17 413 134 dollar təşkil edəcək.

Yer Komanda Xallar Xalın dəyəri, dollar Cəmi, dollar Baza məbləğ, dollar Yekun ödəmə, dollar Keçənilki ödəmə, dollar
1 Mercedes AMG 765 6 194 4 738 410 516 128 5 254 538 4 870 510
2 Red Bull 468 5 161 2 415 348 516 128 2 931 476 1 481 235
3 Ferrari 398 5 161 2 054 078 516 128 2 570 206 2 725 036
4 Force İndia 173 5 161 892 853 516 128 1 408 981 1 218 024
5 Williams 138 5 161 712 218 516 128 1 228 346 1 842 505
6 McLaren 76 5 161 392 236 516 128 908 364 655 475
7 Toro Rosso 63 5 161 325 143 516 128 841 271 861 915
8 Haas 29 5 161 149 669 516 128 665 797 516 128
9 Renault 8 5 161 41 288 516 128 557 416 918 686
10 Sauber 2 5 161 10 322 516 128 526 450 701 924
11 Manor 1 5 161 5 161 516 128 521 289 516 128
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*