Mercedes-dən Ferrari-nin evində möhtəşəm dubl!

Son 3 ilin çempionu az öncə başa çatan yarışda Ferrari-ni böyük fərqlə üstələyib.

F-1.az xəbər verir ki, pouldan başlayan Həmilton yarışın startında yerini qoruyub, Okon isə Strollu üstələyib. Bottas Rəykkönendən geri qalsa da, çox keçmədən yerini qaytarıb.

Mercedes-in yüksək tempi Bottasa daha da yüksəlməyə kömək edib – əvvəlcə Strollu, sonra isə Okonu keçib və ikinciliyə yüksəlib.

Massa ilə toqquşan Ferstappenin təkəri partlayıb və ön qanadı zədələnib. Buna görə də, hollandiyalı sürücü pit-stop etməli olub və xeyli yer itirib.

Uzun müddət pit-stop etməyən Rikkardo təkərlərini dəyişdikdən sonra trasa 5-ci yerdə qayıdıb. Çox keçmədən Rəykköneni keçib və sürətlə Fettelə yaxınlaşmağa başlayıb. Lakin almaniyalı sürücünü keçməyə yarışın başa çatması imkan verməyib.

Həmilton bu mövsüm 6-cı, karyerasında isə 59-cu qələbəsini qazanıb və çempionatda bu il ilk dəfə Fetteli üstələyərək liderliyə yüksəlib. Bottas ikinci yeri tutub, Fettelin podiumun son pilləsinə yüksəlməsi isə azarkeşlər üçün təsəlli olub.

Yarış barədə daha geniş bir qədər sonra…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*