F-1.az xatırladır ki, Həmilton yarışın ilk dövrələrində inamla liderlik etsə də, Sebastyan Fettel virtual təhlükəsizlik maşını rejimindən məharətlə yararlanaraq mövsümün açılış yarışında qələbə qazanıb.
Toto Volff: “Elə bilirdik ki, 3 saniyə fərq var. Kompüterlərə baxdıq. Həmişə belə edirik. Proqramlaşdırmada səhv varsa, həll etməliyik. Məncə, sistemimizdə problem var. 15 saniyəyə ehtiyacımız olduğu halda 11 saniyə fərq var idi. Bu fərqin bəs edəcəyini düşündük. Bolidlərin sürətini hesablaya bilmirik və sistem aradakı fərqi səhv göstərdi. Alqoritmlərə görə öndə olmalı idik. Amma ekranda əksi göründü”.