F-1.az xatırladır ki, almanlar qış testlərində 1096 dövrə vurmuşdular, amma Ferrari komandasına yaxınlığı ilə tanınan Leo Turini iddia edir ki, Mercedes-də etibarlılıq problemləri var: “Mənə elə gəldi ki, Mercedes Barselonada mühərriklə bağlı problem yaşayıb. Ciddi bir şey deyil, amma Bottasla Həmilton bolidi tam güclə sürə bilmədilər.
Amma Mercedes problemi Melburna qədər həll edəcək. Ferrari də vəziyyətdən xəbərdardır və buna görə də “gümüşü oxlar”ın önündə olduğuna inanırlar”.