F-1.az xatırladır ki, almanlar keçən il Ferrari ilə mübarizə aparmış və mövsümün ikinci hissəsində qazandıqları qələbələrlə ardıcıl 4-cü dəfə Dünya Çempionu olmuşdular.
“Gümüşü oxlar” yeni bolidlərini fevralın 22-də təqdim edəcəklər. Xatırladaq ki, Ferrari də həmin gün yeni bolidini nümayiş etdirəcək. Yeni Wo9 Silverstounda təqdim olunacaq və dərhal da trasa çıxacaq.