Mercedes-də dəyişiklik olacaq

Son 7 ilin Dünya Çempionu Mercedes komandası texniki direktorunu dəyişmək qərarına gəlib...

Komanda rəsmən elan edib ki, iyulun 1-dən texniki departamentə Mayk Elliot başçılıq edəcək.

Britaniyalı mühəndis F1 karyerasına 2000-ci ildə McLaren komandasında başlayıb, daha sonra Renault komandasına keçib. 2012-ci ildə isə Mercedes komandasının aerodinamika şöbəsinə başçı təyin olunub. 2017-ci ildən isə komandanın texnologiya direktoru postunu tuturdu.

Toto Volffun sözlərinə görə, əvvəlki texniki direktor Ceyms Əllison hazırda 2022-ci ilin maşını üzərindən işləyir, daha sonra isə onu komandada daha sakit iş gözləyəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*