Mercedes Çindəki strategiyaya aydınlıq gətirib

Mercedes komandasının strateqi Ceyms Vouls Çin yarışında sürücülərin strategiyasına atydınlıq gətirib.

F-1.az xatırladır ki, Red Bull komandası Çində daha düzgün strategiya seçərək, təhlükəsizlik maşını rejimində sürücülərini pitə çağırmış və bu həmlə onlara mövsümdə ilk qələbəni gətirmişdi.

Ceyms Vouls: “Bir nöqtədən sonra təkərlər arasındakı fərqlərə baxmayaraq ötmə etmək çətinləşirdi. Həmiltonun önündə Soft təkərli Kimi var idi. Fərq az olsa da, yaxınlaşa bilmədik. Ferstappen isə yarışa UltraSoft təkərlərlə başlamışdı. Bu təkər çox həssasdır. Kimi və Lyuis ona yaxınlaşa bilmədilər. Tərkiblər arasındakı fərqlər bir işə yaramırdı.

Təhlükəsizlik maşını zamanı nə qədər qazanacağımızı və ya itirəcəyimizi araşdırırıq. Medium təkərlər bizdə yaxşı işləyirdilər. Bilirdik ki, bunlarla 40 dövrə vura bilərik. Hər şeyi düşünənədən sonra qərar verdik ki, Soft təkərlə olsan belə, Medium təkərli bolidi ötmək mümkün deyil. Amma reallığı hamı gördü. Red Bull bu təkərlərlə qeyri-adi tempə sahib idi. Hamını gəlib keçdilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*