F-1.az xatırladır ki, almanlar mövsümün ilk yarısında Ferrari-dən geri qalsalar da, yay fasiləsindən sonra 6 qələbə qazanaraq, hər iki cəbhədə də çempion ola bilmişdilər.
Con Ouen: “2017-ci il bolidini anlamaqda çətinlik çəkdik. Doğru bildiyimiz şeyləri tətbiq etmək istədik, amma alınmadı. Nə edəcəyimizi bilmirdik və bu dövr çox çətin keçdi. Bolidin balansını düz təyin etməmişdik. Buna görə də istədiyimiz səviyyədə deyildik. Silverstoun, Montsa, Monreal, Ostin və Suzuka kimi traslar bolidimizə uyğun idi. Amma daha yavaş və isti traslarda işlər istədiyimiz kimi getmədi. Bizim üçün çətin mövsüm geridə qaldı, ancaq problemləri həll etdiyimiz üçün xoşbəxtəm”.