F-1.az xatırladır ki, Corc Rassel son iki mövsümü Avropa Formula3-də keçirib və keçən mövsümü 2 qələbə və 10 podiumla ikinci bitirib.
Paskal Verlyayn Sauber-ə, Esteban Okon isə Force İndia-ya getdikdən sonra Mercedes gənc sürücü axtarışlarına çıxmışdı. Almanlar 1998-ci il təvəllüdlü Corc Rassellə müqavilə bağlayıblar.
Corc Rassel: “Mercedes-in gənc sürücü proqramında olmaq mükəmməldir. Son çempion tərəfindən dəstəklənmək gözəldir. Simulyatorda bəzi testlər etdim və bu, mənim inkişafıma kömək edəcək. Yaxşı insanlarla işləmək gözəl fürsətdir”.
Mercedes Motorsport-un rəhbəri Toto Volff da bu barədə fikirlərini bildirib: “Corc aşağı seriyalarda göstərdiyi performansla diqqət mərkəzimizdə idi. Karyerası yeni başlasa da, onda böyük potensial görürük”.