Mercedes-in 2017-ci il əyləcləri üçün yeni ideyası

Mövsümün sonuna yaxın komandalar vaxtlarını növbəti il üçün ideyaların sınaqdan çıxarılmasına sərf etməyə üstünlük verirlər.

Mercedes burada da öz rəqiblərindən irəlidədir: dünya çempionları daha çox vaxtlarını bütün mümkün konsepsiyaların sınaqdan çıxarılmasına sərf etməyə çalışırdılar ki, gümüşü W08 hətta onun təkərləri ilk dəfə asfalta toxunmazdan əvvəl daha sürətli olsun.

Şübhə yoxdur ki, gözlənilən çempionatın lap əvvəlindən mühəndislər qərargahları şiddətli döyüşə atılacaqlar və onlardan hər birinin bu ana qədər öz axtarışlarında mümkün qədər irəli getmək istəməsində təəccüblü heç nə yoxdur. 1

 

Sözsüz ki, bu cür vaxtından əvvəl keçirilən testlər sirlərin bir qismini rəqiblərə açır, odur ki, burada maraqların başlıca mənbəyinin məhz nə olduğunu savadlı şəkildə gizlətmək mühümdür – diqqəti yayındırmaq üçün yalnız zahiri atributla.

Biz artıq bu cür taktikanı Mercedes-in ifasında müşahidə etmişik: keçən il Braziliyada komanda diqqəti asılqandakı hidravlik elementdən yayındırmaq üçün onu havaötürücüyə oxşar S-şəkilli nəsnə ilə örtməyə cəhd göstərdi. O vaxt kələk baş tutmadı, bunu bizim iti gözlü texniki ekspertlərimiz tərəfindən yerinə yetirilmiş yuxarıdakı illüstrasiya gözəl nümayiş etdirir.

Biz artıq əsas səthin yan plastindən bu sahədə axınların strukturunun dəyişilməsi üçün olan uzun kəsik-dəliklə ayrıldığı ön antiqanadın yeni konsepsiyasını bütün təfərrüatları ilə incələmişik.

 

İndi isə, bir il əvvəl olduğu kimi, bizdə yəqin ki, komandanın aşkara çıxarmaq istəməyəcəyi daha bir texniki tarixçə var. Ön əyləclərin konfiqurasiyasını diqqətlə tədqiq etdikdən sonra mütəxəssislərimiz Mercedes-in hələ Montsadan başlayaraq sınaqdan çıxardığı həll aşkar etdilər.

1-2-3

 

Qovşaq birdən-birə bir neçə yeni komponentdən ibarətdir. Diskin hər tərəfində böyük statik şaybalar [1] quraşdırılıb ki, bunlar da həmçinin, karbonplastikdən hazırlanıb, diskə oxşayır və hətta eynilə disk kimidirlər. Onlar soyutma üçün məxsusi dəliyə malikdirlər ki, bu da əyləclər işə başlayanda həmçinin, istiliyi kənarlaşdırmağa imkan verir.

Daxili şayba standart enmə yerinə sadəcə bərkidilir, xarici olan isə daha hiyləgərliklə düşünülüb – onu tələb olunan aralığı təmin etməyə imkan verən xüsusi konsentrik bərkitmə tutur [2].

Hər iki şayba müstəqil olaraq əyləc havaötürücüsünə düşən hava axınları ilə soyudulur. Daxili olan özünün məxsusi havauducusuna malikdir, xarici isə kündə-qəliblərə istiqamətləndirilən hava ilə kifayətlənir (onun axın sxemi göy oxlarla göstərilib [3]).

4

 

İndiki halda, bu şaybaların daha geniş diskin – 2017-ci ildən onun qalınlığı 28-dən 32 mm-dək artacaq – davranışının, onun əyləclər və təkərlə istilik mübadiləsinin özünəməxsusluqlarının tədqiqi və yaxud da komandanın əksinə, fırlanan elementlərin kütləsini azaltmaqdan ötrü diski daha yığcam etməyə cəhd göstərəcəkləri aydın deyil.

Əgər sonuncu doğrudursa, onda belə şaybalardan istidafə ziddiyyətlərə gətirib çıxara bilər, belə ki, bütün komandalar bu həlldən fayda götürməyə cəhd göstərəcəklər. Mümkündür ki, FİA-dan hətta bu sahədə daha dəqiq reqlament tərtibi tələb ediləcək ki, yeni silahlanma yarışına imkan verilməsin.

Mənbə: Giorgio Piola, Matt Somerfield, Afgan Haji
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*