Mercedes Binotto ilə maraqlanmır

Ferrari-də komandanın rəhbəri Mauritsio Arrivabene və texniki direktor Mattia Binottonun münasibətlərinin yaxşı olmaması barədə dəfələrlə yazılıb. Bir müddət əvvəl Mattianın komandadan ayrılacağı, Renault və ya Mercedes-ə keçə biləcəyi barədə xəbərlər çıxmışdı.

F-1.az xəbər verir ki, Toto Volff komandasının onunla maraqlanmadığını bildirib: “Binotto ilə bağlı heç bir təklifimiz olmayıb. O, əla mühəndisdir, amma bizim Ceyms Əllisonun liderliyi altında ən yaxşı mütəxəssislərdən ibarət texniki heyətimiz var.

Aldo Kosta təkcə həmkar deyil, həm də bir dostdur. Buna görə də, Mercedes-dən ayrılmadı. Bu komanda dinamik quruluşa malikdir. Formula1 sürətlə inkişaf edir. Gənc mütəxəssisləri öyrətməli, çalışmaları üçün onlara şans və məsuliyyət verməliyik”.

Volff Mercedes-in qeyri-icraçı direktoru Niki Laudanın artıq işə qayıtdığını da əlavə edib: “Niki kimi bir dostum olduğu üçün şanslıyam. Sağalma prossesi sürətlə davam edir və artıq geri qayıdıb – əvvəlki kimi telefonla danışırıq. Sadəcə fiziki formasını bərpa etməyə ehtiyacı var, beyni isə həmişə işləyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*