Dünən biz xəbər vermişdik ki, McLaren komandasının 2014-cü ildə hansı motorlardan istifadə edəcəyi hələ də aydın deyil. Çox güman ki, Honda motorçuları artıq turbo V6 motorunu hazırlayıblar və McLaren komandası ilə müqavilə imzalamağa hazırdırlar.
1995-ci ildən McLaren komandasını motorlarla təchiz edən Mercedez-Benz konserni son şayiələrə şərh verməkdən imtina edib, amma Mercedes Motorsport-un başçısı Toto Volff BBC telekanalına bildirib ki, “biz McLaren komandası ilə uzunmüddətli əməkdaşlığa ümid edirik…”
Öz növbəsində, McLaren komandasının nümayəndəsi də şayiələri şərh etməkdən boyun qaçırıb: “Biz potensial tərəfdaşlarımız barədə KİV-də gedən şayiələri heç vaxt müzakirə etmirik…”
Honda konserni Formula1-ə qayıtması barədə hələ rəsmi bəyanat yaymayıb, amma fevralın 8-də konsernin prezidenti Takanobu İto qeyd edib ki, Honda “belə bir imkanı araşdırır…”