Mercedes-Benz 2014-cü ilin motorunu göstərib

Mercedes-Benz şirkəti 2014-cü ildə Formula1 komandalarına təqdim edəcəyi motorun ilk şəkillərini yayıb. Xatırladaq ki, 2014-cü ildən Formula1-də yeni motor reqlamenti […]

Mercedes-Benz şirkəti 2014-cü ildə Formula1 komandalarına təqdim edəcəyi motorun ilk şəkillərini yayıb. Xatırladaq ki, 2014-cü ildən Formula1-də yeni motor reqlamenti qüvvəyə minəcək – indiki atmosfer 2.4 litrlik V8 motorlarını turbo 1.6 litrlik V6 motorları əvəz edəcək. Şirkətin motor istehsalı şöbəsinin – Mercedes High Performance Powertrains bölməsinin icraçı direktoru Əndi Kauell bildirib ki, yeni motorların səsi daha gur olacaq…

Əndi Kauell: “Motorların səsi daha gur olacaq və mənim fikrimcə, çox gözəl səslənəcək. Onlar daha yüksək tezlikdə səslənəcək, dəqiqədə 25000 dövriyyəlik turbokompressorla isə daha gur səsə malik olacaqlar.

motor-2
Yarışlar da yeni səviyyəyə çıxacaq, sürücülər bolid və yanacaqdan maksimum sıxmağa çalışacaqlar.

Motorların fırlanma momenti də artacaq, xüsusən də döngələrin çıxışında. Döngələrin çıxışında ilişmədən artıq gücün olmasını hər bir sürücü arzulayır. Formula1 yenə də ən yüksək səviyyəli texnologiyalardan istifadə edəcək. Motorlar yarışlarda ən vacib rol oynamağa başlayacaqlar, amma bunun hansı dərəcədə olmasını yalnız 2014-cü ildə görəcəyik. Əlbəttə, motorların yarış nəticəsinə tisri indikindən qat-qat çox olacaq.”

motor-3
Xatırladaq ki, yeni motorlara yeni KERS sistemləri qoşulacaq. Əgər indiki sistemlər bir dövrədə 6.7 saniyə ərzində motorun gücünü 80 at qüvvəsi artırırsa, yeni sistemlər (onlar ERS adlanacaq) bir dövrədə 33.3 saniyə ərzində motorun gücünü 161 at qüvvəsi artıracaqlar. ERS-lə birlikdə motorun gücü elə indiki səviyyədə olacaq – təxminən 750 at qüvvəsi. Kauell Autosport həftəliyinə bildirib ki, “Bu gün KERS-lə sürətli olmaq çətindir, 2014-cü ildə isə sistemsiz trasa çıxmaq mümkün olmayacaq.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*