Mercedes bazada yenidənqurma işləri planlaşdırır

Şirkət 70 milyon funt sterlinq sərmayə qoyaraq Breklidəki bazasını əsaslı şəkildə təmir etmək istəyir.

F-1.az xəbər verir ki, bu məbləğlə yeni infrastruktur, o cümlədən işçilər üçün istirahət yerləri, idman zalları və restoranlar yaradılacaq. Komandanın lideri Toto Volf genişlənmənin əsas səbəblərindən birinin hazırda komandada işləyən işçilərin sayının daha çox olması olduğunu söyləyib. Vəsaitlərin bir hissəsi karbon qazı emissiyalarının azaldılmasına sərf olunacaq.

Toto Volf: “Bizim bazamız 350 nəfər üçün nəzərdə tutulmuşdu, indi isə 1250 işçimiz var. Son beş ildə biz bazanı ciddi şəkildə genişləndirmişik və indi müasir üslubda bir neçə yeni bina tikməyi planlaşdırırıq. Burada istirahət zonaları, restoranlar, ən müasir idman zalı və marketinq şöbəsi fəaliyyət göstərəcək”.

Qeyd edək ki, turboera başladıqdan sonra Mercedesin iki bazasından biri olan bu bina komandanın uğurlarında açar rolunu oynayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*