F-1.az xatırladır ki, Mercedes ilk iki yarışda əzəli rəqibləri Ferrari və Red Bull-dan 1 saniyə geridə qalıb. “Gümüşü oxlar” Bəhreyn və Səudiyyə Ərəbistanında iki fərqli arxa qanaddan istifadə etsə də, işə yaramamışdı. Buna görə də Avstraliya üçün yeni arxa qanadın gətirilməsi gözlənilirdi. Lakin bu gün hamı görüb ki, Mercedes-in boksundakı arxa qanad əvvəlki yarışla eynidir.
Mark Hyuz: “Mercedes gözlənilənlərin əksinə Melburna yeni arxa qanad gətirməyib. Yeni arxa qanadı İmola ya da Mayamidə görə bilərik”.