Testlərin ikinci günü Niko Rosberq yan pantonların önündə darağı xatırladan elementi test etmişdi. Bu gün səhər isə Lyuis Həmilton yeni ön antiqanadla trasa çıxıb. Komanda qanadı köpək balığına bənzədib və güman edir ki, maşının sürətinin kəskin artmasına kömək edəcək…
Mercedes AMG yeni qanadı test edir
F-1.az xatırladır ki, Mercedes Motorsport-un başçısı Toto Volff testlərin əvvəlində demişdi ki, komanda bir neçə inqilabi yenilik hazırlayıb və hər gün belə bir yeniliyi test edəcəklər.