Mercedes AMG: yeni mövsümə yeni motorla!

Artıq məlumdur ki, FİA motor istehsalçılarının hamısına mövsüm üçün hazırladıqları motorları mövsümün gedişində təkmilləşdirməyə icazə verib. Ona görə də ekspertlər […]

Artıq məlumdur ki, FİA motor istehsalçılarının hamısına mövsüm üçün hazırladıqları motorları mövsümün gedişində təkmilləşdirməyə icazə verib. Ona görə də ekspertlər güman edirdilər ki, istehsalçılar yeni motorun təqdimatı ilə tələsməyəcəklər və onu mövsümün Avropa yarışlarına, yəni Barselonaya qədər təkmilləşdirəcəklər.

Force İndia komandasının keçmiş baş mühəndisi Dominik Harlou istisna etmirdi ki, Mercedes AMG komandası da yeni motor üzərində işləməyə üstünlük verməklə, mövsümə keçənilki motorla başlayacaq. Amma İtaliyada dərc olunan Omnicorse bu gün bildirib ki, bu ehtimal həqiqətə uyğun deyil.

F-1.az jurnala istinadən bildirir ki, çempion komandası yeni motordan artıq fevralın 1-də Xeresdə başlayacaq testlərdə istifadə edəcək. Ona görə də mövsümün ilk yarışında da bu motorlardan istifadə edəcəyi dəqiqdir. Bundan başqa, əldə olunan xəbərlərə görə, yeni motor sələfindən gözəçarpacaq dərəcədə fərqlənəcək. Çünki Mercedes motorçuları yanacağın yeni çilənmə sistemini tətbiq ediblər. Bosch şirkətinin hazırladığı bu sistem 500 bar təzyiq altında işləyə bilər, müqayisə üçün deyək ki, keçənilki çilənmə sistemi 300 bar təzyiqdə çalışırdı.

Bundan başqa, Mercedes motorçuları reqlamentin icazə verdiyi modernizə çərçivəsində motorun gücünü də 40 at qüvvəsi artıra biliblər…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*