F-1.az xəbər verir ki, son üç ilin çempionu yeni maşınını Silverstounda təqdim edəcək. Təqdimat reqlamentdə icazə verilən xüsusi çəkiliş gününə təsadüf edəcək. Mercedes AMG azarkeşlər arasında xüsusi aksiya keçirəcək və qalibləri maşının təqdimatına dəvət edəcək.
Xatırladaq ki, dekabr ayında Ferrari yeni bolidini fevralın 24-də təqdim edəcəyini açıqlamışdı. Qış testləri isə fevralın 27-də Barselonada start götürəcək…