F-1.az xatırladır ki, Mercedes AMG komandası 2014-cü və 2015-ci illərdə mümkün 38 yarışdan 32-sini qazanıb və 2 dəfə həm mühəndislər, həm də sürücülər çempionatının qalibi olub.
Almanlar yeni bolidlərini cümə günü İngiltərənin Silverstoun trasında test etdidən sonra bildirmişdilər ki, onlar yeni boliddən razı qalıblar.
Almaniya təmsilçisi bu gün rəsmi internet səhifəsindən 2016-cı ildə yarışacaqları W07 bolidini təqdim ediblər. W07-nin rəsmi təqdimatı sabah Barselona qış testlərindən əvvəl olacaq.
Yeni bolidə diqqətlə baxsaq görərik ki, yan pantonlarda və mühərrik qapağında dəyişiklik edilib. Bundan başqa bolidin rəng çalarları da dəyişib. Boliddə qara rəng çaları çoxalıb.
Yeni bolidin şüarı “Hər Yerdə İnkişaf” seçilib…