Mercedes AMG təkid edir ki, qaydaları pozmayıb

Bu gün səhər FİA-nın Beynəlxalq Tribunalının Pirelli şirkəti və Mercedes AMG komandasının birgə testlərinə həsr olunmuş iclasında ittihamçı tərəf çıxış […]

Bu gün səhər FİA-nın Beynəlxalq Tribunalının Pirelli şirkəti və Mercedes AMG komandasının birgə testlərinə həsr olunmuş iclasında ittihamçı tərəf çıxış etmişdi – FİA-nın hüquqşünası Mark Hovard komandanın qayadaları pozduğunu iddia etsə də, nahardan sonra çıxış edən Mercedes AMG komandasının vəkili Pol Harris bildirib ki, müdafiə etdiyi komanda heç bir qaydanı pozmayıb.

Harris bildirib ki, testlərin təşkilatçısı Pirelli şirkəti olub, elə test xərclərini də bütövlükdə təkər istehsalçısı ödəyib, komanda isə sadəcə şassi verib və təkər istehsalçısına lazım olan işi görüb – düzdür, bu zaman Çarli Uaytinqin şifahi razılığını alamq da unudulmayıb.

Mercedes AMG təkid edir ki, onlar bilavasitə testlərin iştirakçısı olmayıblar, ona görə də bu məsələdə söhbət idman reqlamentinin 22.1 maddəsinin pozulmasından gedə bilməz.

Harrisin fikrincə, Ferrari komandası da bu il testlərdə iştirak edib və onun fikrincə, builki maşının 2011-ci ildəki maşından elə də fərqi yoxdur. İclasda maraq məqamlar üzə çıxıb, məlum olub ki, Ferrari komandası hətta keçən il belə testlərə cəlb olunubmuş, həm də sükan arxasında Felipe Massa işləyibmiş…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*