F-1.az xəbər verir ki, bu soyuqluq bu gün səhər Barselonada testlərdən əvvəl keçirilən yeni bolidin təqdimatı zamanı da özünü biruzə verib. Bolidin üzərindəki örtüyü qaldıran sürücülər bir-biri ilə heç danışmayıblar. Media nümayəndələrinə gülümsəyərək poza verdikdən sonra yenə də heç bir ünsiyyət qurmadan qaraja gediblər.
Xatırladaq ki, Həmilton son 2 ildə titulun sahibi olub. Keçən mövsümün sonunda Rosberq çıxışı ilə rəqibini üstələyirdi. Bu mübarizə bu il necə davam edəcək – bunu 1 aydan sonra 8-9 ay boyunca görəcəyik…
Unleashed: @LewisHamilton & @Nico_Rosberg show off the @MercedesAMGF1 W07 in Barcelona #F1IsBack https://t.co/hx2jP3DBar
— Formula 1 (@F1) February 22, 2016