F-1.az xatırladır ki, Niko Rosberq Britaniya Qran Prisinin sonuna yaxın ötürmələr qutusunda yaranan problemi komandanın radio vasitəsi ilə verdiyi təlimatlarla aradan qaldırmışdı. Lakin bu məsələ yarışdan sonra hakimlər tərəfindən araşdırılıb və qayda pozuntusu aşkar edilərək Nikonun vaxtına 10 saniyə əlavə edilib. Bunun nəticəsində də finiş xəttini 2-ci keçmiş alman sürücü yerini Ferstappenə verərək 3-cü yerə düşüb və çempionatda əsas rəqibi olan Lyuis Həmilton ilə arasında cəmi 1 xal qalıb.
Komandadan isə qərara etiraz etdikləri bildirilib. Lakin onlar şikayəti geri götürüb-götürməmək mövzusunda qərar verəcəklər. Əgər komandadan etiraz edilməsəydi, qərardan sonra alınan nəticələr tam təsdiq olunacaqdı.