Mercedes AMG öz rekordunu təzələyib

Lyuis Həmiltonun Meksikadakı qələbəsi Mercedes AMG-nin builki 17-ci qələbəsi olub - komanda bir mövsümdə ən çox yarışda qalib gəlmək rekordunu yeniləyib.

F-1.az xatırladır ki, Mercedes AMG bundan əvvəlki iki mövsümün hər birində 16 qələbə qazanmışdı. Bu qələbə eyni zamanda, Həmiltonun 51-ci qələbəsi olub və o, Alen Prosta çatıb.

Lyuis Həmilton: “Ən vacib olanı komandadır. Bu, inanılmazdır! Qələbələrimin yarısından çoxunu burada qazanmışam. Bu da nə qədər yaxşı komandamızın olduğunu və nə qədər çox çalışdığımızı göstərir. Ən yaxşı komanda olduğumuzu ardıcıl üçüncü dəfə sübut etdik. Plan belə idi: bu komandaya gələrək uğurun bir parçası olmaq. Bundan daha yaxşısını düşünmürdüm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*