İtaliyada dərc olunan La Gazzetta dello Sport qəzeti xəbər yayıb ki, Mercedes AMG komandası sonuncu dünya çempionu Lyuis Həmiltona yeni üçillik müqavilə təklif edib.
F-1.az qəzetə istinadən bildirir ki, müqavilənin şərtlərinə uyğun olaraq, britaniyalı sürücünün illik əmək haqqı 20 milyon Avro təyin olunub. Bundan başqa müqaviləyə əsasən əlavə bonuslar nəzərdə tutulub – hər bir Qran Pridə qələbəyə görə bir milyon Avro, çempion tituluna görə beş milyon Avro və s.