F-1.az xəbər verir ki, ilk dəfə Avstraliya QP-də tətbiq edilən yeni sıralanma turu formatı pilorların xoşuna gəlməyib.
Qeyd edək ki, sıralanma turunda Mercedes AMG komandasının sürücüləri ilk iki pilləni tutublar. 3-cü və 4-cü yerləri isə Ferrari sürücüləri tutublar.
Lyuis Həmilton bildirib ki, Formula1-də yeniliklərin olması yaxşı haldır, amma yeni format düzgün işləmir: “Biz əvvəldən demişdik ki, yeni format heç də yaxşı deyil, amma yoxlamadan bunu anlaya bilməzdik. Sonda isə mühəndislər haqlı çıxdılar.
Yeni bir şey yoxladıq və bu yaxşı haldır, amma biz yoxladıq və doğru olmadığını anladıq”.
Niko Rosberq isə bildirib ki, Formula1 əvvəlki sıralanma turu formatına qayıtmalıdır. “Yeniliyi yoxlamaq yaxşıdır, amma bu fanlar üçün pisdir. Digər formata qayıtmalıyıq, xüsusən də, sonuncu format ən yaxşısı idi”.