Mercedes AMG Həmiltonu cəzalandırmayacaq

F-1.az xatırladır ki, Əbu Dabi Qran Prisində rəqiblərinin Rosberqə çatması üçün sürətini qəsdən çox aşağı salan Həmiltona komanda tərəfindən sürətlənmək barədə göstəriş verilmiş, lakin britaniyalı buna məhəl qoymamışdı.

Bu hadisədən sonra komanda rəhbərliyi onun hərəkətindən narazı qaldığını açıq-aydın bildirmişdi. Hətta onun komandadan göndəriləcəyini deyənlər də olmuşdu. Amma belə görünür ki, sürücü ilə komanda arasında problem yoxdur və hər şey yoluna qoyulub.

Niki Lauda: “Lyuislə bağlı nəsə deməyə ehtiyac yoxdur. Onunla aramızda problem yoxdur. Əbu Dabidə olanların üstündən xətt çəkmişik. Uzatmağın mənası yoxdur. Bu mövzu bizim üçün bağlanıb və gələcəyə baxırıq.

Fevralda maşınımızı test edəcək ikinci sürücüyə də ehtiyacımız var. Bu sürücünün kim olacağını vaxtında bilməliyik, çünki simulyatorla işləməlidir. İlin sonuna qədər qərar qəbul etməliyik. Sürücülərdən birinə Milad hədiyyəsi verəcəyik…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*