Mercedes AMG: “Həmilton Çində problem yaşadığı mühərrikdən hələ istifadə edəcək”

Mercedes komandası bildirib ki, Lyuis Həmilton Çin QP-nin sıralanma turunda problem yaşadığı güc qurğusundan hələ istifadə edəcək...

F-1.az xatırladır ki, Lyuis Həmilton Çində sıralanma turunun birinci seansında MGU-H probleminə görə zaman nəticəsi göstərə bilməmişdi. Buna görə də Mercedes komandası güc qurğusunu analiz etmək üçün bazar günü sürücünün maşınına tam yeni güc qurğusu quraşdırmışdı.

Aparılan təhlillərdən sonra məlum oldu ki, Həmiltonun güc qurğusuna elə də ciddi zərər dəyməyib. Beləliklə, Həmilton həmin mühərrikdən hələ istifadə ediləcək.

Mercedes AMG: “Həmiltonun güc qurğusu yarışdan sonra zavoda gətirildi. Mühərrik zavoda gələndən sonra problemi yoxlamağa başladıq.

MGU-H güc qurğusundan ayrıldı və biz şübhə edirik ki, problem izolyasiyadan qaynaqlanıb. Yanacaq sistemindəki problemdən sonra yanacaq nasosları və turbin dəyişdiriləcək.

Mühərrik təmir edildikdən sonra güc qurğusu yenidən istifadəyə veriləcək və Soçiyə ehtiyat mühərrik kimi aparılacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*