F-1.az xatırladır ki, Sebastyan Fettel testlərin ilk iki günündə birinci yeri tutub. Mercedes AMG sürücüləri isə ilk iki gündə 328 dövrə vurublar.
Rosberq bu barədə fikirlərini bildirib: “Zaman nəticələrinə baxıb, kimin harada olduğunu bilmək olmaz. Biz hələ tam gücümüzü göstərməmişik. Qətiliklə deyə bilərəm ki, yeni bolidimiz çox sürətlidir.
Rəqiblərimiz də sürətlidirlər. Amma nə qədər? Bunu heç kim bilmir, amma biz özümüzdən əminik. Kiçik problemləri tapmaq üçün son həddə sürməliyik. Problemləri görmək lazımdır. İndiyə qədər problem yaşamadıq. Belə davam etməliyik. Çoxlu dövrə vurub, zəif tərəflərimizi tapmalıyıq”.
Rosberq yeni element – pantonun qarşısındakı daraq barədə də danışıb: “Bu əsl yenilikdir. Çox müasir görsənir və ona görə də həyəcanlıyıq.
Bunu nüsxələmək asandır, əsas odur ki, yenilikçi olasan. Həmişə qabaqda olmaq üçün bu vacibdir.
Rəqiblərimiz bunu bizdə görüb nüsxələyə bilər və daha sürətli ola bilərlər. Ona görə də bir addım qabaqda olmalıyıq”.