F-1.az xatırladır ki, 2017-ci ilin təkərlərinin testlərində ilk növbədə 3 komanda – Mercedes AMG, Ferrari və Red Bull-un iştirak etməsinə qərar verilmişdi. Artıq hər 3 komanda təkərlərin yoxlamağa başlayıb.
Ferrari yay fasiləsinin əvvəlində yağış təkərlərini test etmişdi. Bu təkərləri yoxlayan ikinci komanda isə Mercedes AMG olub. Testlər Pol Rikar trasında keçirilib. Paskal Verlyayn 2017-ci ilin reqlamentinə uyğun olaraq modifikasiya edilmiş bolidlə həm çərşəmbə günü, həm də dünən 135 dövrə vuraraq ümumilikdə 270 dövrəlik məsafə qət edib.
Mercedes AMG 12-13 oktyabr, Red Bull isə 14-16 oktyabr tarixlərində testlərə davam edəcəklər.
Qeyd edək ki, testlərdən əldə edilən nəticələr bütün komandalarla paylaşılır. Mövsüm başa çatdıqdan sonra Əbu Dabidə bütün komandalar yeni təkərləri test etmək imkanı əldə edəcəklər.