Mercedes AMG Formula1-i tərk etmək barədə gəzən şayiələri təkzib edib

Komanda rəhbərliyindən Eddi Cordanın sözlərinə dərhal reaksiya gəlib.

F-1.az xəbər vermişdi ki, keçmiş komanda rəhbəri və Channel 4 kanalında ekspert kimi fəaliyyət göstərən Eddi Cordan Mercedes AMG komandasının 2017-ci və 2018-ci illərdə də çempion olub idmandan gedəcəyəni deyib. Qarşı tərəfin cavabı gecikməyib və Mercedes komandası Toto Volffun bəyanatını dərc edib.

Toto Volff: “Monako insanların əyləncə gecələri təşkil etməyi sevdiyi bir yerdir. Amma, deyəsən, bəziləri orada yaman canfəşanlıq ediblər. Mercedes-in komanda kimi Formula1-i tərk etməsi barədə gəzən söz-söhbətlər tamamilə əsassızdır. Bizim Formula1 ilə 2020-ci ilin sonuna qədər müqaviləmiz var. Hazırda Formula1-in yeni rəhbərliyi ilə müqaviləni uzatmaq məsələsini müzakirə edirik”.

Komandanın mətbuat xidmətinin rəhbəri Bredli Lord əlavə edib: “Siz yəqin ki, Eddi Cordanın Mercedes-in Formula1-i komanda kimi tərk edəcəyi, yalnız motor tədarükçüsü kimi qalacağı barədə fikirlərini oxumusuz. Bunlar yalandır və Mercedes-in belə bir fikri yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*