Mercedes AMG çempionatda iştirak üçün 5 milyon dollar ödəyəcək

Çempionatın iştirakçısı olan hər bir komanda FİA-ya illik üzvlük haqqı ödəməlidir. Keçən ildən üzvülk haqqının dəyəri xeyrli artırılmışdı. Qaydalar bu […]

Çempionatın iştirakçısı olan hər bir komanda FİA-ya illik üzvlük haqqı ödəməlidir. Keçən ildən üzvülk haqqının dəyəri xeyrli artırılmışdı. Qaydalar bu il də dəyişməyib, üzvülk haqqı iki hissədən ibarətdir: baza hissə və keçənilki çempionatda topladığı xalların sayına uyğun məbləğ.

F-1.az Almaniyanın Auto Motor und Sport jurnalına istinadən, Formula1 komandalarının 2015-ci ildə FİA-ya ödədikləri üzvlük haqqını nəzərinizə çatdırır. Çempionatda iştirak üçün baza üzvlük haqqı 516128 dollardır. Hər bir qazandığı xal üçün əlavə 5161 dollar ödənməlidir. Amma çempion komanda üçün hər bir xal daha dəyərlidir – 6194 dollar. Ona görə də keçən il Mühəndislər Kubokunda Mercedes AMG komandasının topladığı rekord 701 xal komandaya təxminən 5 milyon manata başa gəlib.

1. Mercedes AMG – 4 858 122 (701 xal)
2. Red Bull – 2 606 333 (405)
3. Williams – 2 167 648 (320)
4. Ferrari – 1 630 904 (216)
5. McLaren – 1 450 269 (181)
6. Force İndia – 1 316 083 (155)
7. Toro Rosso – 670 958 (30)
8. Lotus – 567 738 (10)
9. Marusia – 526450 (2)
10. Sauber – 516 128 (0)
11. Caterham – 516 128 (0)

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*