F-1.az xəbər verir ki, son dövrlərdə iki sürücüsü arasında baş verənlər komanda daxilindəki əhvalı xeyli pozub. Rosberqin müqaviləsi mövsümün sonunda bitir və hazırda onun müqaviləsinin uzadılması üçün danışıqlar aparılır. Lakin Britaniya Qran Prisində komandanın rəsmi twitter bloqunda edilən paylaşım Alonsonun komandaya gələ biləcəyi ilə bağlı şayiələrin çıxmasına səbəb olub. Alonso Felipe Massanı ötmək istəyərkən idarəetməni itirmiş, ardıcıl yerində fırlanmalara baxmayaraq, maşını heç bir zədəsiz trasa qaytara bilmişdi. Onun bu hərəkəti Mercedes AMG komandasının twitter hesabında təriflənmişdi.
How did @alo_oficial keep that car rolling?!
Some absolutely mega car control on display out there right now… we are LOVING this! #F1
— MERCEDES AMG F1 (@MercedesAMGF1) July 10, 2016
İspaniya mətbuatında çıxan xəbərlərə görə, Toto Volff Niko Rosberqə sonuncu xəbərdarlığını edib. Əgər daha bir problem baş verərsə, Rosberq komandadan göndəriləcək, yerinə isə Alonso gətiriləcək.
Bir neçə ay əvvəl Toto Volffun dediklərini xatırlayaq: “Alonso tarixin ən yaxşı sürücülərindən biridir. Lakin biz ilk növbədə Niko ilə müqaviləni uzatmağa çalışırıq. Əgər bu alınmasa, onda Fernando kimi başqa seçimlərə baxacayıq. Fernandonun yaşı problem deyil. O, hələ də çox motivasiyalıdır”.
Onun bu sözlərindən sonra Rosberqin əleyhinə olan çox hadisə baş verib…