F-1.az xatırladır ki, Berni Ekklstoun bildirmişdi ki, Almaniya QP gələn il təqvimdə olmaya bilər və yarışın gələcəyi hazırda müəmmalıdır. Gələn il də 2015-ci ildə olduğu kimi Almaniya yarışı keçirilməyə bilər.
Toto Volff Almaniya yarışının önəmli olduğunu qəbul etsə də, bildirib ki, Mercedes Almaniya yarışının təqvimdə qalmasına kömək etməyəcək.
Toto Volff: “Bizim vəzifəmiz yarış təqvimi yığmaq deyil. Berni ilə Almaniya yarışı üçün danışıqlar aparmamışıq. Gələn il təqvimdə olub-olmayacağını bilmirəm.
Təbii ki, Almaniya yarışı bizim üçün çox vacibdir, amma əlimizdən heç nə gəlmir. Bu cür hadisələrin içində olmaq istəmirik”.