Mercedes 3 mühərrik qaydasından narazıdır

Mercedes komandasının baş motorçusu Əndi Kouel bildirib ki, bu ildən tətbiq olunan mühərrik məhdudiyyətinin bir xeyiri olmayacaq.

F-1.az xatırladır ki, 2017-ci ildə 20 yarışa 4 mühərrikdən istifadəyə icazə verilirdisə, bu ildən etibarən 21 yarışa 3 mühərrikdən istifadə mümkün olacaq.

Əndi Kouel: “Mövsümdə sadəcə 3 mühərrikdən istifadə etmək axmaqlıqdır. İstehsalçılar mühərrikləri yenidən dizayn etməli və zəif detalları gücləndirməlidirlər. Hesablamamıza əsasən, bir mühərriyin ömrü 4 və ya 5 yarışdır. Təqvimdə isə 21 yarış var və bu il cəmi 3 mühərrikdən istifadə edə bilərik. Yəni ki, mühərrikləri daha çox istifadə etməliyik. Buna görə də etibarlılığı artırmalıyıq.

Bir detal dəyişməklə istədiyiniz nəticəni ala bilməzsiniz. Tamamilə yeni mühərrik yığmalıyıq, çünki bütün detallar dözümlü olmalıdır. Güc itirməyəcəyik, əksinə, daha güclü olacağıq. Amma keçmişdəki kimi performans yox, etibarlılıq inkişaf etdiriləcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*