Mənsell: Ferrari Nyuini əldə etməyə borclu idi

Naycel Mənsell 1992-ci ildə Williams FW14B-nin sükanı arxasında Ədrian Nyuiyə ilk çempionluq titulunu qazandırıb.

F-1.az xəbər verir ki, britaniyalı sürücü hesab edir ki, onun daha bir keçmiş komandası – Ferrari Nyui ilə müqavilə imzalamayaraq ciddi səhvə yol verib.

Naycel Mənsell: “Nyui Aston Martin-lə müqavilə imzalayaraq çox ağıllı davrandı, Ferrari-nin ətrafındakı siyasət və hay-küydən qaçdı. İndi Skuderiya “yaralarını yalamaq” məcburiyyətində qalacaq – onlar Nyuini əldə etməyə sadəcə borclu idilər, amma Aston Martin daha çevik hərəkət etdi.

Eşidəndə ki, Ferrari Nyuinin maaşının artırılmasına etiraz edir, düşündüm ki, bu onların tərəfindən uzaqgörən deyil. Onlar öz şanslarını əldən verdilər, axı Ədrian Nyuini əldə edən komandanı, demək olar ki, mütləq bir neçə fantastik il gözləyir”.

Qeyd edək ki, Ədrian Nyui 1991-2024-cü illərdə Williams, McLaren və Red Bull kimi komandalarla çalışaraq 12 Mühəndislər Kuboku və 13 sürücülər çempionluğu qazanıb. O, Aston Martin-ə keçməklə yeni bir eraya start verəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*