F-1.az xəbər verir ki, bir həftə fasilə ilə baş tutan Belçika, Niderland və İtaliya yarışlarının qalibi eyni sürücü olub – bu gün yenə Trident komandasının barbadoslu sürücüsü Zeyn Məloni podiumun zirvəsinə qalxıb. Mövsümün sonunda belə məhsuldar finiş sayəsində Zeyn mövsümü 2-ci yerdə başa vurub.
Yarışda ən maraqlı mübarizəni şənbə günündə olduğu kimi, Prema-dan Oliver Birman göstərib – britaniyalı sürücü qələbə və titul da qazana bilərdi, amma təəssüf ki, finişə 4 dövrə qalmış yarış qırmızı bayraqlarla dayandırılıb və davam etdirilməməsi qərara alınıb.
Qırmızı bayraqlar altında gözləyən zaman stüardlar çempionatın ldieri Viktor Martenə trasın hüdudlarını pozduğuna görə +5 saniyəlik cərimə tətbiq ediblər və fransalı sürücü 4-cü yerə geriləyib. Podiumun son pilləsinə isə Prema-dan Cək Krouford qalxıb.
Bununla da çempionat başa çatıb – Alpine Akademiyasının dinləyicisi Marten titula sevinib, komandaların mübarizəsində isə Prema növbəti titulunu bayram edib.