F-1.az xəbər verir ki, komanda uğurlu çıxışını Melburnda da davam etdirmək istəyir.
Ləns Stroll: “Ciddədə yarışı tamamlaya bilməmək ayıb idi, buna görə də mübarizəyə qayıtmağı xüsusi səbirsizliklə gözləyirəm. Avstraliyadakı tras bu mövsüm artıq çıxış etdiyimiz traslara bənzəmir, ona görə də heç bir xüsusi gözlənti yoxdur – biz gündən-günə işləyərək inkişaf edəcəyik.
Albert Parkın əla trası var, həftəsonu irəlilədikcə asfaltın vəziyyəti yaxşılaşacaq. Mən xüsusilə doqquzuncu-onuncu döngələrin sürətli birləşməsini xoşlayıram – oradan sürətlə keçmək çox xoşdur. Melburn böyük şəhərdir və oradakı azarkeşlər əladır. Ümid edirəm ki, onları möhtəşəm yarışla sevindirəcəyik”.