Serxio Peres: “Son sessiyaya keçə bilməmək məyusedicidir. Amma güclü strategiya ilə yüksələ biləcəyimə əminəm. İkinci sessiyada Soft təkərlərlə trasa çıxdım, sonra isə SuperSoft-a keçdim. Lakin son dövrəmdə səhvə yol verdiyimdən mübarizəni davam etdirmək şansımı itirdim. Qabaq təkərləri blokladım və döngəyə çöl tərəfdən girməli oldum. Ümid edirəm ki, yarışda səhvlərə yol vermərəm və hər şey yaxşı olar. Əsas məsələ odur ki, sıralanma turundan əvvəl xeyli irəliləmişik. Yarış tempimiz yaxşı olacaq”.
Digər meksikalı sürücü Qutyerres isə 17-ci ola bilib.
Esteban Qutyerres: “Komanda üçün çox çətin həftəsonudur. İkinci sessiyaya keçməyin asan olmayacağını bilirdik, lakin maşından maksimumu aldığımı düşünürəm. Əlimdən gələni etdim və limitlərdə sürdüm. Azerkeşlərin dəstəyi möhtəşəm idi. Mümkün qədər aqressiv olmağa çalışdım, lakin kifayət etmədi. Maşından çox da razı deyiləm. Amma azarkeşlərin dəstəyi xoşdur. Onlar mənə böyük motivasiya verir və hamısına təşəkkür edirəm”.